Xaqani Şirvani və ərəb dünyası

Aydın qızı, Zeynalova Elnarə Xaqani Şirvani və ərəb dünyası. In: The 10th International Conference for the Promotion of Persian Language and Literature, August 2015, Ardabil, Iran. (Submitted)

[img] Text
56.pdf

Download (430kB)

Abstract

Şərq klassik ədəbiyyatını hansı tərəfdən araşdırsaq, yenə də bir kökü ərəb dili, ərəb ədəbiyyatı, ərəb mühiti ilə bağlı olacaq. Bunun bir səbəbi İslam dini ilə əlaqədardırsa, ikinci əsas səbəbi isə hələ islama qədər qədim Cahiliyyət dövründə ərəblər arasında sözə verilən yüksək qiymətlə bağlıdır. Belə ki, gözəl söz demək bacarığını qeyri_adi bir istedad kimi qiymətləndirən Cahiliyyət ərəblərinin həyat tərzi ədəbiyyatla sıx bağlı idi. Köçəri həyat tərzi, susuz səhralar, qızmar günəş, səhra küləkləri, isti iqlim şəraiti, bu şəraitə uyğunlaşmış flora və fauna, tayfalararası münasibətlər, qədim adət_ənənələr və s. bağlı mövzular poeziayada bütün çılpaqlığı ilə öz əksini tapırdı. Hətta ərəb şerinin yarandığı əruz vəzni belə bədəvi ərəbin həyatında əvəzsiz rol oynayan (əgər çarəsiz vəziyyətdə olan birini “dəvəsi ölmüş ərəblə” müqayisə etdiyimizi xatırlasaq, dəvənin bədəvi üçün nə demək olduğunu asanlıqla təsəvvür edə bilərik) dəvənin ləngərli yerişi ilə bağlıdır. Buna müvafiq olaraq da, şairlər böyük nüfuz sahibi idilər. Bədəvi ərəb qəbilələri arasında şairlərin mövqeyini Avropa şərqşünası Neldek belə açıqalyır: şair “. . . öz tayfasının peyğəmbəri, sülh dövründə tayfanın başçısı, müharibə dövründə isə qəhrəmanı idi; yeni otlaqlar seçərkən onunla məsləhətləşirdilər; düşərgə salıb alaçıqları qurmaq və ya susuzluqdan əzab çəkən yolçuları su axtarmağa məcbur etmək üçün onun bir sözü kifayət idi” (6, 46) İslamın yaranması ilə poeziyaya münasibətdə bəzi ziddiyyətli məqamlar özünü göstərsə də, ərəblərdə söz demək bacarığı yenə də yüksək qiymətləndirilirdi. Təsadüfi deyildir ki, əgər Musa peyğəmbər (s. ə. s.) dövründə magiya və sehrbazlıq, İsa peyğəmbər dövründə (s. ə. s.) təbabət inkişaf etmişdisə də, Məhəmməd peyğəmbər (s. ə. s.) dövründə ərəblər arasında məhz bəlağət, gözəl danışıq, natiqlik bacarığı yüksək qiymətləndirilirdi. Elə buna görə də, klassik Şərq ədəbiyyatında istifadə olunan janrların, bədii təsvir vasitələrinin əksəriyyətinın kökü məhz ərəb ədəbiyyatı ilə bağlıdır. Bundan başqa, klassik dövr şairlərimizin müraciət etdikləri mövzular arasında ərəb dastanlarından, “Min bir gecə” nağıllarından, Quran rəvayətlərindən, hədislərdən qaynaqlanan mövzuların, süjetlərın, obrazların özüməməxsus yeri vardır.

Item Type: Conference or Workshop Item (Lecture)
Persian Title: -
Persian Abstract: -
Subjects: Divisions > Conferences > The 10th International Conference for the Promotion of Persian Language and Literature - August 2015
Conferences > The 10th International Conference for the Promotion of Persian Language and Literature - August 2015
Divisions: Conferences > The 10th International Conference for the Promotion of Persian Language and Literature - August 2015
Subjects > Conferences > The 10th International Conference for the Promotion of Persian Language and Literature - August 2015
Date Deposited: 26 Aug 2019 07:52
Last Modified: 26 Aug 2019 07:52
URI: http://repository.uma.ac.ir/id/eprint/9178

Actions (login required)

View Item View Item